Elm və Təhsil Nazirliyi 15 mln manatlıq yanğından mühafizə sistemləri alır
Gündəm
09:30 10 okt, 2022

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yanğından mühafizə sistemlərinin alınıb-quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Qazet.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi 2020-2021-ci illərdə olduğu kim “Element YT” QSC-dir.
Qalib şirkətə 15,145 milyon manat ödəniləcək.