Bakı 16˚C Windy

Elman Rüstəmov: "Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur"

Gündəm 13:44 29 okt, 2021

Bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında danışıb

Elman Rüstəmov: "Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur"

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsi, ölkədə yenidən devalvasiya olacağı barədə fikirlərə münasibət bildirib.

Qazet.az xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında danışıb.

"Biz medianı izləyirik. Mənə də maraqlıdır ki, belə başlıqlarla yazılan xəbərlər haradan yaranır. Bu iddiaların heç biri peşəkar şəxslərin deyil. Mövcud makroiqtisadi şərait iqtisadi inkişafı dəstəkləyir. Biz tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik. Bildiyiniz kimi beynəlxalq təşkilatlar neft qiymətləri proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb. Biz isə dövlət büdcəmizdə neftin qiymətini 50 dollar civarında götürmüşük. Bu gün Milli Məclisdəki sənədlər İqtisadi Şurada müzakirə olunub. Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var. Bu, bizim iqtisadi strategiyamıza uyğun deyil. Ona görə də ilin sonuna qədər bu təzyiqin azalması gözlənilir. Əhalini belə qeyri-professional yazılarla həyəcanlandırmaq lazım deyil. Mən hamını ciddi sosial məsuliyyətə dəvət edirəm", - deyə o, qeyd edib.

Həmçinin oxu - Qazet.az-ın devalvasiya araşdırması ; Devalvasiya gözlənilirmi? - Ekspert rəyi