Elmira Süleymanova koronavirusa yoluxdu
Cəmiyyət
13:25 04 okt, 2021
Təhlükəli mərhələni geridə qoyub
Azərbaycanın ilk Ombudsmanı, professor Elmira Süleymanova koronavirusa yoluxub.
Qazet.az-ın məlumatına görə, E.Süleymanova hazırda evdə müalicə olunur.
Bildirilib ki, onun müalicəsi effektli olub və təhlükəli mərhələni geridə qoyub.
Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakıda anadan olub. 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olub.
Mənbə: Bakupost.az