Bakı 3˚C Intermittent clouds

Elşad Hacıyev sürücülərə müraciət etdi

Gündəm 10:41 24 noy, 2022
Elşad Hacıyev sürücülərə müraciət etdi

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev sürücülərə müraciət edib.

Qazet.az xəbər verir ki, o, bu barədə öz şəxsi "Facebook" hesabında yazıb.

Elşad Hacıyev müraciətdə bildirib ki, "şəxsi əşyalarınızı avtomobilin görünən yerlərində - oturacaqların üstündə saxlamayın".

"Sürücülərin, xüsusilə xanım sürücülərin diqqətinə! Dünən müşahidə olunan bir fakt üzrə xəbərdarlıq.

Yolayrıclarında, parking və dayanacaqlarda şəxsi əşyalarınızı avtomobilin görünən yerlərində - oturacaqların üstündə saxlamayın. Bu hal, həmin əşyaların talanması ilə nəticələnə bilər. Avtomobildən düşərkən qapıları və şüşələri bağlamağı unutmayın. Avtomobilləri işıqlandırılan, müşahidə kameralarının olduğu küçə və mühafizə olunan dayanacaqlarda saxlamağa üstünlük verin".