Bakı 12˚C Cloudy

Əməkdar artist xəstəxanaya yerləşdiriləcək - Qızı danışdı

Cəmiyyət 16:13 20 okt, 2022
Əməkdar artist xəstəxanaya yerləşdiriləcək - Qızı danışdı

Bir müddət əvvəl səhhəti pisləşən əməkdar artist Süleyman Abdullayev (Dədə Süleyman) xəstəxanaya yerləşdiriləcək.

Qazet.az xəbər verir ki, bu haqda mediaya xanəndənin qızı Aygün Abdullayeva məlumat verib: "Atam yemək yeməyə başladığına görə səhhətində irəliləyiş var. Buna çox sevinirik. Dövlət tərəfindən də dəstək oldu və bizə bildirildi ki, xəstəxanalardan birinə yerləşdirilsin və müalicəsi orada davam etsin.

Hələ ki, atam evdədir. Biz atamın yaşamasından ümidimizi üzmüşdük. 18 gün idi ki, qida qəbul etmirdi".

Qeyd edək ki, 83 yaşl xanəndə şəkər xəstəliyindən əziyyət çəkir. Onun ayağı qanqrena edib. Həkimlərin rəyinə görə, ürəyi 30 faiz fəaliyyət göstərir, qaraciyərində ciddi problemlər var.

Əməkdar artist xəstəxanaya yerləşdiriləcək - Qızı danışdı