Bakı 30˚C Sunny

Emin atası Araz Ağalarovdan yazdı: "33 ilin..." - FOTO

Cəmiyyət 09:59 15 iyl, 2022

Sənətçi şəxsi instaqram hesabında “Crocus Group” şirkətinin yaradılmasından 33 il ötdüyünü bildirib

Emin atası Araz Ağalarovdan yazdı: "33 ilin..." - FOTO

Xalq artisti Emin Ağalarov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

Qazet.az xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında “Crocus Group” şirkətinin yaradılmasından 33 il ötdüyünü bildirib.

Emin iş adamı atası Araz Ağalarovla şəkillərini paylaşaraq bu illər ərzində onunla çalışmaqdan qürur duyduğunu bildirib:

"Bu gün özünü təsdiq etmiş "Crocus Group" 33 yaşını qeyd edir! Şirkətin təsisçisi və sahibi atam Araz Ağalarovdur. Çox şadam ki, 33 ilin 21 ilini onunla işləmişəm və çox şey öyrənmişəm. Müxtəlif sahələrdə çalışan Araz İskəndəroviçin rəhbərliyi altında çalışan böyük kollektivimizi təbrik edirəm. Biz sizi həqiqətən qiymətləndiririk!"

Xatırladaq ki, "Crocus Group"un prezidenti isə Araz Ağalarov, birinci vitse-prezidenti Emin Ağalarovdur.