Bakı 0˚C Mostly cloudy

Emin Əmrullayev dörd məktəbə yeni direktor təyin edib

Gündəm 18:06 09 dek, 2022
Emin Əmrullayev dörd məktəbə yeni direktor təyin edib

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 4 məktəbə yeni direktorlar təyin olunub.

Qazet.az-ın məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Belə ki, Lənkəran rayonunun Havzava kənd A.Əliyev adına tam orta məktəbinə Fikrət Cəfərov, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyə Səadət Kazımova, Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbinə Aynur Məmmədova, Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbinə isə Elnur Quliyev direktor təyin olunub.