Bakı 7˚C Sunny

Eminemin GTA oyunu üçün etdiyi təklif rədd edildi

Multimedia 12:00 15 noy, 2022
Eminemin GTA oyunu üçün etdiyi təklif rədd edildi

"Rockstar Games" Eminemin "Grand Theft Auto" filminin baş rolda oynamaq şansına rədd cavabı verib.

Qazet.az xəbər verir ki, GTA yaradıcıları Sem və Den Hauserin dostu Kirk Yunq deyir ki, Hollivud ulduzunun agenti ona yaxşı məbləğ təklif edib.

Reperin baş rolda çəkildiyi filmin hüquqları üçün 5 milyon dollar təklif edilib.

Bu təklifə Sem Houser rədd cavabı verib və maraqlanmadıqlarını bildirib.

2001-ci ildə "Playstation 2" oyun platformasında satışa çıxarılan mühüm başlıq, seriyanın qalan hissəsi və sonrakı oyunlar üçün əsas sütun oldu.

Oyunun sonuncu seriyası olan GTA V 2013-cü il 8 oktyabrda təqdim olunub.