Bakı 25˚C Sunny

Emmanuel Makron Əlcəzairlə anlaşılmazlığa görə təəssüf edir

Gündəm 11:36 10 noy, 2021

Fransanın Elize sarayı məlumat yayıb.

Emmanuel Makron Əlcəzairlə anlaşılmazlığa görə təəssüf edir

Fransanın Elize sarayı elan edib ki, prezident Emmanuel Makron Əlcəzairlə ixtilaf və anlaşılmazlığın yaranmasına təəssüflənir. O, bu ölkənin xalqına və onun tarixinə ehtiram göstərir.

Qazet.az “Russia to day”ə istinadən xəbər verir ki, prezident Emmanuel Makron Fransa və Əlcəzair arasında ikitərəfli əlaqələrin iki ölkənin mənafeləri istiqamətində genişlənməsini istəyir.

Həmçinin Fransa prezidentinin müşavirlərindən biri bir mətbuat konfransında bildirib ki, Makron Əlcəzair prezidenti Əbdülməcid Təbbunun iki gün sonra Parisdə keçirilməsi nəzərdə tutulan Liviya konfransında iştirak edəcəyinə ümid edir.

Xatırladaq ki, oktyabr ayında Fransanın “Le Monde” qəzetinin prezident Emmanuel Makrona istinadən Əlcəzair hökuməti və xalqı haqqında namünasib fikirlər səsləndirməsi iki ölkə arasında gərginliyə səbəb olub.