"Ən böyük vasitəmiz əsgərlərin inamı və döyüşə hazır olması idi" - General Mais Bərxudarov
Gündəm
17:47 13 okt, 2021
Bütün vasitələrimiz var idi. Hər bir şey düşünülmüşdü
"Bizim köhnə ön xəttimiz yaşayış məntəqələrinə yaxın, onlarda isə uzaq idi. Onlar bununla bizə basqı etməyə çalışdılar. Anında komanda gəldi və müharibənin əks-hücumu başladı".
Qazet.az xəbər verir ki, bu sözləri Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Vətən müharibəsinin komandanlarından biri Mais Bərxudarov İTV-yə bildirib:
"Bütün vasitələrimiz var idi. Hər bir şey düşünülmüşdü. Ən böyük vasitəmiz əsgərlərin inamı və döyüşə hazır olması idi".