Ən çox alınan və ən faydasız SAKİTLƏŞDİRİCİ dərmanlar
Son aylar bütün dünyada depressiya və həyəcanın simptomlarını azaldan sakitləşdirici preparatların satışı kəskin artıb. Həkimlər bunu koronavirus pandemiyası zamanı yaşanmış uzunmüddətli stress, qeyri-müəyyənlik, narahatçılıq və qorxu ilə izah edirlər.
Rusiyalı nevroloq və reabilitoloq Kseniya Razinkina bildirib ki, bəzi belə preparatlar əslində heç bir effekt vermir.
Qazet.az Rusiaya KİV-lərinə istinadla bildirib ki, həkim 4 belə faydasız preparatın adını açıqlayıb – bu “Afobazol”, “Adaptol”, “Tenoten” və “Pantoqam” preparatlarıdır.
Razinkinanın sözlərinə görə, insanlar arasında populyar olan və çox alınan bu dərmanlar insana ciddi terapevtik həyəcan əleyhinə təsir etmir.
Həkim bildirib ki, əgər bu preparatlar insana həyəcanı azaltmağa, sakitləşməyə yardım edirsə, bu böyük ehtimalla plasebo effektidir və bu o deməkdir ki, insanın vəziyyətində əvvəldən heç bir çiddi problem olmayıb.
Həkim qeyd edib ki, orta və ifadə olunmuş həyəcanlı-depressiv sindromu olan insanlara bu preparatlar kömək etməyəcək.