Bakı 24˚C Sunny

Ən gənc anaların yaşadığı rayonlar - RƏSMİ SİYAHI

Cəmiyyət 17:54 24 dek, 2021

18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib

Ən gənc anaların yaşadığı rayonlar - <span style="color:red">RƏSMİ SİYAHI</span>

Azərbaycanda uşaq dünyaya gətirən 18 yaşadək anaların yaşadıqları rayonların adları açıqlanıb

Azərbaycanda 18 yaşadək analar tərəfindən doğulan uşaqların iqtisadi rayonlar üzrə statistikası açıqlanıb.

Bu, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib. Onlardan Aran iqtisadi rayonu üzrə 698 nəfər, Gəncə-Qazax iqtisadi rayonu üzrə 325 nəfər, Lənkəran iqtisadi rayonu üzrə 306 nəfər və Dağlıq Şirvan iqtisadi rayonu üzrə 109 nəfər qeydə alınıb.

Ən az göstərici isə Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 40 nəfər olmaqla qeydə alınıb.