Ən qədim amputasiya olunmuş insanın skeleti tapıldı
"The Nature" jurnalı ən qədim amputasiya olunmuş insanın skeletini tapıb.
Qazet.az xəbər verir ki, jurnal bu barədə şəxsi "Tvitter" hesabında paylaşım edib.
Araşdırmaya görə, İndoneziyanın ucqar bir bölgəsində tapılan 31 min illik skeletin tapıldığı bildirilir.
Alimlər bildirirlər ki, Borneoda bir mağarada tapılan yetkin insana məxsus skeletin üzərində aparılmış müvəffəqiyyətli əza amputasiyasının ən qədim nümunəsidir.
Avstraliyanın Qriffit Universitetinin tədqiqatçısı Tim Maloni "Bu, tibbi biliklərin inkişafı ilə bağlı anlayışımızı yeniləyir" deyə fikrini tamamlayıb.
Qeyd edək ki, bundan əvvəl ilk amputasiya olunmuş qədim insan nümunəsi Fransada tapılıb.
İndoneziyada tapılan skeletdə isə sol ayağının amputasiyası əsas diqqət çəkən məqamdır.
Prehistoric child’s amputation is oldest surgery of its kind https://t.co/psnHeak5Z6
— nature (@Nature) September 7, 2022