Ən ucuz - 100 dollarlıq elektromobil SATIŞDA
Biznes
12:43 22 sen, 2021
Elektromobil şəhər yollarında hərəkət etmək üçün bütün lazımi cihazlarla təchiz edilib
Çinin onlayn ticarət platforması olan “Alibaba”da dünyanın ən ucuz elektromobilinin satışına başlanılıb.
motor.ru saytı xəbər verir ki, o, yalnız bir nəfərin daşınması üçün nəzərdə tutulub.
Elektromobil şəhər yollarında hərəkət etmək üçün bütün lazımi cihazlarla təchiz edilib.
Maksimal sürəti 40 km/saat olan elektromobil birdəfəyə 60 km məsafə qət edir.
Çin istehsalı elektrokarın uzunluğu 2133 mm, eni 900 mm, hündürlüyü isə 1495 mm-ə bərabərdir. Komplektasiya və çatdırılma şərtlərindən asılı olaraq nəqliyyat vasitəsinin qiyməti 100-4000 dollar arasında dəyişir.
fins.az