Bakı 24˚C Partly sunny

"Endirilən zərbələr Krım körpüsünun vurulmasına cavabdır" - Putin

Gündəm 16:41 02 dek, 2022
"Endirilən zərbələr Krım körpüsünun vurulmasına cavabdır" - Putin

Ukraynadakı hədəflərə endirilən zərbələr Kiyevin təxribatlarına, o cümlədən Krım körpüsündə törədilən terror aktına məcburi cavabdır. 

Qazet.az Kremlin saytında dərc edilən məlumata istinadla bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolzla telefon danışığı zamanı deyib. 

Putin qeyd edib ki, Rusiya ordusu uzun müddətdir Ukraynadakı müəyyən hədəflərə dəqiq raket zərbələri endirməkdən çəkinib: "Lakin hazırda bu cür tədbirlər Kiyevin Rusiyanın mülki infrastrukturuna, o cümlədən Krım körpüsünə və enerji obyektlərinə qarşı təxribat xarakterli hücumlarına məcburi və qaçılmaz cavaba çevrilib".