Bakı 14˚C Mostly cloudy

Energetika naziri Rumıniyaya səfər edib

Siyasət 13:10 21 sen, 2022
Energetika naziri Rumıniyaya səfər edib

Energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunun dəvəti ilə Buxarestə səfər edib.

Bu barədə Qazet.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilir ki, nazir 21-22 sentyabr tarixlərində təşkil olunacaq “5-ci Rumıniya Beynəlxalq Qaz Konfransı” beynəlxalq tədbirində iştirak edəcək.

Avropa İttifaqına üzv və qonşu ölkələrin nazirlərinin və neft-qaz şirkətlərinin nümayəndələrinin iştirak edəcəyi konfransda nazir P. Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.