Bakı 21˚C Partly sunny w/ showers

Ərdoğan ABŞ-a gedəcək

Xəbərlər 19:59 09 sen, 2022
Ərdoğan ABŞ-a gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə ABŞ-a səfər edəcək.

"Qazet.az" xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının ofisindəki mənbə məlumat verib.

O, Ərdoğanın səfərinin sentyabrın 17-dən 22-dək davam edəcəyini vurğulayıb.

Türkiyə liderinin ABŞ-a səfərindən əvvəl Səmərqəndə səfər edəcəyi və burada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəyi gözlənilir.