Bakı 27˚C Sunny

Ərdoğan: "ABŞ-dakı “Türk evi”miz bütün dost və qardaşlarımıza da xidmət edəcək"

Gündəm 18:35 01 okt, 2021

Belə bir görkəmli əsəri ölkəmizə qazandırmaqdan məmnunluq duyuruq

Ərdoğan: "ABŞ-dakı “Türk evi”miz bütün dost və qardaşlarımıza da xidmət edəcək"

"BMT-nin baş katibi başda olmaqla, çox sayda qonaqlarımızın iştirakı ilə istifadəyə verilən ABŞ-ın Nyu-York şəhərindəki “Türk evi”miz bütün dost və qardaşlarımıza da xidmət edəcək".

Qazet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında deyib.

“Türkiyənin beynəlxalq arenadakı etibarını indidən artırdığına bilavasitə şahid olduğumuz belə bir görkəmli əsəri ölkəmizə qazandırmaqdan məmnunluq duyuruq”, - o vurğulayıb.