Bakı 18˚C Intermittent clouds

Ərdoğan: "ABŞ-ın bundan sonra terror təşkilatlarına dəstək verməyəcəyinə inanıram"

Cəmiyyət 01:12 01 noy, 2021

“Bundan sonrakı prosesin belə davam etməyəcəyinə inanıram", - Türkiyə lideri vurğulayıb.

Ərdoğan: "ABŞ-ın bundan sonra terror təşkilatlarına dəstək verməyəcəyinə inanıram"

"Suriyadakı terror təşkilatı PKK/PYD-nin Amerikadan dəstək almaları ilə bağlı təəssüfümüzü bildirdik”.

Qazet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Cozef Baydenlə görüşü barədə danışarkən deyib.

ABŞ-ın terror təşkilatlarına silah dəstəyi barədə bəhs edən Türkiyə rəhbəri bu problemə son qoyulacağına inamını ifadə edib.

“Bundan sonrakı prosesin belə davam etməyəcəyinə inanıram", - Türkiyə lideri vurğulayıb.