Ərdoğan AÇIQLADI: ABŞ bunun qarşılığında Türkiyəyə...
Gündəm
17:27 17 okt, 2021
ABŞ Türkiyəyə F-35-lər üçün ödənilən pulun qarşılığında F-16 almasını təklif edib

"F-16 almaqla bağlı təklif ABŞ tərəfindən edilib".
Qazet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anqolaya səfərindən əvvəl Atatürk Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Türkiyənin F-35 layihəsi üçün 1 milyard 400 milyon dollar ödədiyini xatırladan Ərdoğan ABŞ-ın bu ödəniş qarşılığında Türkiyəyə 40 ədəd F-16 təklif etdiyini bildirib:
"Qırıcı təyyarələrimizin hər zaman hazır və müasir olması üçün səylərimizi davam etdiririk. F-16-ları modernləşdirmək və yeniləri almaqla donanmamızı daha da inkişaf etdirməyə çalışırıq. Problemin həlli üçün dialoqa da əhəmiyyət veririk".