Ərdoğan Akarla danışdı: yeni göstəriş verdi
Gündəm
00:56 22 noy, 2022
Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin milli müdafiə naziri Hulusi Akar ilə telefon danışığı aparıb.
Qazet.az xəbər verir ki, Türkiyə ordusunun Komandanlıq Mərkəzində olan H.Akar prezidentə davam edən əməliyyat, eləcə də qurudan və havadan vurulan hədəflər, hazırkı fəaliyyətlər, zərərsizləşdirilən terrorçular haqqında məlumat verib.
Prezident YPG terrorçularına qarşı son əməliyyatı müzakirə edib və yeni göstərişlər verib.