Bakı 6˚C Intermittent clouds

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etmişik"

Siyasət 19:36 16 sen, 2021

Bu köklü qurumla fəxr edirik

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etmişik"

“Atalarımızın miras qoyduğu bu köklü qurumla fəxr edirik və sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqdm etdik”.

Qazet.az Türkiyə mediyasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş” tədbirində bildirib.

O, Ahi Evrana dair sənədləri Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqdim etdiklərini söyləyib. R.T.Ərdoğan vurğulayıb ki, 2021-ci ili Türkiyədə Ahi Evran ili elan ediblər.