Ərdoğan: "Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanında olacağıq"
Xəbərlər
22:51 15 sen, 2022
"Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində əvvəl olduğu kimi indi də yanında olacağıq".
Qazet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdəki paylaşımında qeyd edib.
"Dostumuz, qardaşımız, ayrılmaz parçamız olan Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü təbrik edirəm. Biz əvvəlki kimi bundan sonra da azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanında olacağıq", - paylaşımda deyilir.
Dostumuz, kardeşimiz, ayrılmaz bir parçamız olan Can Azerbaycan’ın başkenti Bakü’nün işgalden kurtuluş yıl dönümünü tebrik ediyorum.
— Recep Tayyip Erdoğan (@RTErdogan) September 15, 2022
Bundan önce olduğu gibi bundan sonra da haklı mücadelelerinde Azerbaycanlı kardeşlerimizin yanında olmaya devam edeceğiz. 🇹🇷🇦🇿 pic.twitter.com/kjGZdYOOA1