Bakı 21˚C Sunny

Ərdoğan BMT-də Azərbaycana dəstək verdi - VİDEO

Siyasət 11:28 22 sen, 2021

Türkiyə Prezidenti BMT-də Azərbaycanın haqlı savaşından danışıb

Ərdoğan BMT-də Azərbaycana dəstək verdi - <span style="color:red">VİDEO</span>

“Qafqazda sabitlik baxımından yaxın keçmişdə önəmli addımlar atılıb”.

Qazet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub.

“Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq”. /Report