Bakı -0˚C Windy

Ərdoğan bu şəxslərə xəbərdarlıq etdi

Gündəm 16:30 22 noy, 2022
Ərdoğan bu şəxslərə xəbərdarlıq etdi

“İstanbuldakı terror aktı mərd formada qarşımıza çıxmağa cəsarəti olmayanların alçaq hücumdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

Onun sözlərinə görə, Türkiyə Suriya və İraqın şimalındakı terror yuvalarını darmadağın edərək buna cavab verib: “Terrorçular bu dəfə də svil insanlarımızı hədəf aldılar. 4 yaşındakı körpəmiz, 22 yaşlı müəllimimiz şəhid oldu”.

Ərdoğan bildirib ki, terrorçuların kimliyi, onları kimlərin himayə etdyi və cəsarətləndirdiyi Türkiyəyə məlumdur: “Səbrimiz cəsarətsizliyimiz kimi qiymətləndirilməməlidir. Biz hüquqi dövlət olaraq diplomatiyanın tərəfdarıyıq”. /