Ərdoğan İngiltərədəki benzin böhranından danışdı
Gündəm
13:35 03 okt, 2021
Ərdoğan İngiltərədəki benzin böhranından danışdı

Normallaşma ilə yanaşı, pandemiyanın vurduğu ziyan da üzə çıxmağa başlayır.
Qqzet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, son bir neçə gündə İngiltərədəki yanacaqdoldurma məntəqələri və marketlərdə baş verən hadisələr pandemiyanın səbəb olduğu problemlərdən sadəcə bir nümunədir:
“Çox ehtimal ki, müəyyən zaman ərzində İngiltərədə baş verənlər digər ölkələrdə də özünü göstərəcək. Bundan başqa, post-pandemiya dövründə iqtisadi çətinliklərin artması ilə islamofobiya daha geniş yayılacaq. Mədəni irqçilik təkcə bizi deyil, Avropadakı bütün əcnəbiləri və miqrantları narahat edən qlobal bir problemdir”.(axar.az)