Bakı 27˚C Mostly cloudy

Ərdoğan: "İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq"

Siyasət 16:22 27 okt, 2021

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib

Ərdoğan: "İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq"

"Dünən Azərbaycandaydıq. Yeni hava limanının açılışını etdik".

Qazet.az-ın xəbərinə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq. Yolların tikintisi ilə bağlı işlər davam etdirilir. Türkiyə podratçı şirkətləri gərgin işləyirlər. Ermənilərin basdırdığı minalar təmizlənir. Həmin ərazilər kənd təsərrüfatı sahəsinə çevrilir", - dövlət başçısı vurğulayıb.