Ərdoğan İranın XİN başçısı ilə görüşüb
Gündəm
05:09 28 iyn, 2022
Danışıqların təfərrüatı açıqlanmır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianı qəbul edib.
Bu barədə qazet.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. Dövlət başçısının XİN rəhbəri ilə görüşü mətbuata qapalı olub.
Danışıqların təfərrüatı açıqlanmır.
Qeyd edək ki, daha əvvəl Türkiyə və İranın XİN başçıları arasında görüş olub. Diplomatlar Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlığı, ölkələr arasındakı ticarət əlaqələrini, Birgə İqtisadi Komissiyanın növbəti toplantısını, regional əməkdaşlığı müzakirə ediblər.