Ərdoğan İsrailə səfər edəcək
Gündəm
16:00 20 sen, 2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər edəcək.
Qazet.az xəbər verir ki, bu barədə “Jewish Telegraphic” agentliyi açıqlama yayıb. Bildirilir ki, Ərdoğan ABŞ-da yəhudi liderlərlə görüşü zamanı İsrailə səfər etmək planının olduğunu açıqlayıb. Lakin o səfərin tarixi barədə açıqlama verməyib.
Qeyd edək ki, iki ölkə arasında gərginlik artıq səngiyib. Tərəflər diplomatik əlaqələri tam bərpa edib. Ərdoğan sonuncu dəfə İsrailə 2005-ci ildə səfər etmişdi.