Bakı 22˚C Thunderstorms

Ərdoğan Merkelə xoş sözlər ünvanlayıb

Gündəm 18:21 18 okt, 2021

Merkelin hər zaman ağıllı və həll yönümlü bir yanaşma sərgilədiyini söyləyib

Ərdoğan Merkelə xoş sözlər ünvanlayıb

Vəzifədən getməyə hazırlaşan Almaniya kansleri Angela Merkel, vida ziyarətinə görə Türkiyəyə gəlib. Onun gəlişi 16 oktyabr tarixində baş verib.

Qazet.az xəbər verir ki, Huber Malikanəsindəki görüşdən əvvəl Ərdoğan və Merkel malikanənin balkonuna çıxaraq Boğazı seyr ediblər. 

Prezident Ərdoğan Merkelə İstanbul boğazı haqqında məlumat verib. İki lider görüşdən sonra açıqlama verib. 

Türkiyə prezidenti, Merkelin hər zaman ağıllı və həll yönümlü bir yanaşma sərgilədiyini söylədi. 

Angela Merkel isə açıqlamasında son zamanlar Türkiyə sərhədlərində də baş verən insan qaçaqçılığına toxunub.

Merkel bildirib ki : “İnsan qaçaqçılığının qarşısını almaq istəyirik. Bu mövzuda Aİ-nin Türkiyəyə dəstəyi bir zərurət həm də bir şərtdir ''. 

Ərdoğan və Merkel arasında diqqət çəkən əsas dialoq isə koalisiya hökumətləri barəsində oldu. Koalisiyanın hər zaman işi çətinləşdirdiyini deyən Ərdoğan, "Preizdent sistemi ilə koalisiyalardan qurtulduq" deyə vurğulayıb. Merkel isə prezidentlik sistemini tətbiq etmək istəmədiklərini və Almaniyadakı sistemin koalisiyalar üçün daha uyğun olduğunu vurğulayıb.