Bakı 6˚C Mostly cloudy w/ showers

Ərdoğan partlayışın baş verdiyi Bartın şəhərinə gedəcək

Gündəm 10:26 15 okt, 2022
Ərdoğan partlayışın baş verdiyi Bartın şəhərinə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partlayışın baş verdiyi Bartın şəhərinə gedəcək.

Qazet.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, dövlət başçısı Diyarbəkir səfərini təxirə salıb. O, Bartında görülən işlərlə hadisə yerində tanış olacaq.

Xatırladaq ki, bu gecə Türkiyənin Bartın şəhərindəki mədəndə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.