Bakı 16˚C Windy

Ərdoğan Putin və Zelenski görüşü üçün cəhd edir

Siyasət 13:54 18 okt, 2022
Ərdoğan Putin və Zelenski görüşü üçün cəhd edir

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ də Ukrayna lideri Volodimir Zelenski və Rusiyanın dövlət başçısı Vladimir Putini görüşdürmək istəyir”.

Qazet.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O bildirib ki, V.Putin indi - Rusiya Ukraynanın dörd vilayətini ilhaq edəndən sonra danışıqlar istəyir: “Bütün çətinliklərə rəğmən, diplomatiya qapısı açıq saxlanılmalıdır. Türkiyə Prezienti bunu bacarır”.

İ.Kalın söyləyib ki, böhran Ukraynanın ərazi bütövlüyü daxilində həllini tapmalıdır.