Bakı 22˚C Partly sunny w/ showers

Ərdoğan Rusiya-Ukrayna gərginliyindən danışıb 

Siyasət 17:24 08 dek, 2021

"Bölgənin sülhü üçün üzərimizə düşəni çəkinmədən edərik”

Ərdoğan Rusiya-Ukrayna gərginliyindən danışıb 

“Rusiya ilə Ukrayna arasında son zamanlar yaranan gərginliyi azaltmaq və dialoq xətti yaratmaq məqsədilə tərəflərin razılığı əsasında istənilən formatda vasitəçilik edə bilərik”.

Qazet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavabında bildirib.

“Ukrayna və ətrafındakı hadisələri yaxından izləyirik. Gərginliyin bundan çox artmaması və sabitliyin saxlanmasını istəyirik. Rusiya ilə Ukrayna arasında son zamanlar yaranan gərginliyi azaltmaq və dialoq xətti yaratmaq məqsədilə tərəflərin razılığı əsasında istənilən formatda vasitəçilik edə biləri. Əlbəttə, bölgənin sülhü üçün üzərimizə düşəni çəkinmədən edərik”, - Türkiyə lideri deyib.