Bakı 15˚C Mostly sunny

Ərdoğan Serbiyaya səfər edib

Siyasət 13:45 07 sen, 2022
Ərdoğan Serbiyaya səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya rəsmi səfər edib

Qazet.az xəbər verir ki, Belqrad hava limanında Ərdoğanı Serbiya Prezidenti Aleksandar Vuçiç qarşılayıb.

Səfər zamanı Türkiyə dövlət başçısı müxtəlif görüşlər keçirəcək və ölkələr arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparacaq.

Qeyd edək ki, Ərdoğan ötən gün Bosniya və Herseqovinada səfərdə olub. O, Serbiyadan Xorvatiyaya yola düşəcək.