Ərdoğan: “Türkiyənin peyvəndini bəşəriyyətin istifadəsinə təqdim edəcəyik”
Gündəm
11:37 01 noy, 2021
Yaxın zamanda Türkiyə peyvəndini təqdim edəcək

“Peyvənd millətçiliyinin hələ də müxtəlif üsullarla davam etdirilməsini və hətta Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınan vaksinlərin beynəlxalq arenada ayrı-seçkiliyə məruz qalmasını qəbuledilməz hesab edirik”.
Qazet.az xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tviterdəki hesabında yazıb.
“İnşallah TURKOVAC peyvəndimizi bütün bəşəriyyətin istifadəsinə təqdim edəcəyik”, - Türkiyə lideri əlavə edib.