Bakı 7˚C Mostly sunny

Ərdoğan: "Ukrayna ərazilərində keçirilən referendum diplomatik səyləri çətinləşdirir"

Xəbərlər 00:46 29 sen, 2022
Ərdoğan: "Ukrayna ərazilərində keçirilən referendum diplomatik səyləri çətinləşdirir"

"Ukrayna ərazilərində keçirilən referendum diplomatik səyləri çətinləşdirir".

Qazet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk"ə müsahibəsində bildirib.

Ərdoğan qeyd edib ki, nüvə müharibəsi fəlakətə gətirib çıxara bilər:

"Bu haqda danışmağı ağlına belə gətirməməlisən. Ümid edirəm ki, bu məsələni heç vaxt gündəmə gətirmədən diplomatiya yolu ilə həll etmək ən düzgün addım olardı. Ukraynanın bəzi işğal olunmuş ərazilərində Rusiyanın tərkibinə daxil olmaq üçün keçirilən referendum, hətta Rusiyanın səfərbərlik qərarı da narahatlıq doğurur. Bu, sabitliyi çətinləşdirir. Cənab Putin, əgər ağlına nəyisə qoyursa, elə də edir".

Türkiyə lideri sabah rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını da əlavə edib.