Ərdoğan: "Ukraynadan 4 milyon tondan çox taxıl daşınıb"
Gündəm
15:38 23 sen, 2022

“Ukraynadan 4 milyon tondan çox taxıl dəhlizlər vasitəsilə dünya bazarına çıxarılıb”.
Qazet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, proses davam edir: "Bizim indi ən vacib addımlarımızdan biri Rusiyadan taxılın dünya bazarına çıxarılmasıdır”.