Ərdoğan Ukraynaya gedəcək
Gündəm
17:23 14 dek, 2021
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni səfəri planlaşdırılır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək.
Qazet.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin əvvəllərində baş tutacaq səfər zamanı strateji səviyyəli danışıqlar aparılacaq.
Nazir qeyd edib ki, səfər təhlükəsizlik və Krım məsələsi kontekstində çox önəmlidir.