Bakı 26˚C Intermittent clouds

Ərdoğan xalqa müraciət edib

Gündəm 16:30 09 dek, 2021

Türkiyə prezidenti xarici valyutası olanları ölkədəki yeni iqtisadi siyasətin yaratdığı fürsətləri dəyərləndirməyə və sərmayə qoyuluşundan çəkinməməyə çağırıb.

Ərdoğan xalqa müraciət edib

Türkiyə Qətərlə indiyədək 84 müqavilə bağlayıb və bu, iki ölkə arasındakı əməkdaşlığın səviyyəsini daha da yüksəldib.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər kabinetinin növbəti iclasından sonra danışıb.

Türkiyə prezidenti deyib ki, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikəri arasında başlanan yeni mərhələ əməkdaşlığın hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcəyinə ümid edir:  "Türkiyənin qurtuluşunu qlobal mənfəətə hədəflənməsində deyil, sərmayə yatırımı və məşğuliyyətdə görürük. Hədəfimiz sərmayə yatırımı ilə məşğulluq, istehsalat, ixracat və böyüməni daha da irəliyə aparmaqdır”.

Türkiyənin yeni yol xəritəsinə başladığını deyən Ərdoğan xalqa müraciətlə "Millətimizdən bizə etimad etməsini və səbirli olmasını diləyirik” deyə bildirib.