Ərdoğan xalqa müraciət etdi: Türkiyənin hədəfi budur
Xəbərlər
15:09 31 dek, 2022

Türkiyə prezidenti Ərdoğan bildirib ki, Ankara dünyanın siyasi lideri olmaq niyyətindədir.
Qazet.az xəbər verir ki, Ərdoğan bu haqda xalqa Yeni il müraciətində bildirib. O vurğulayıb ki, Türkiyə qlobal lider olmağa imkan verəcək iqtisadi və siyasi güc əldə etmək niyyətindədir:
“İndi bizim məqsədimiz təkcə qlobal siyasət və iqtisadiyyatın böyük liqalarına daxil olmaq deyil, həm də orada ilk sıraları tutmağa imkan verəcək siyasi və iqtisadi güc əldə etməkdir”