Ərdoğan: “Yerli peyvənd “Türkovac”ı bütün bəşəriyyətin istifadəsinə verəcəyik”
Gündəm
11:45 22 sen, 2021
Koronavirusa qarşı mübarizədən insanlığın üzüqara çıxdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edib.
Qazet.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan ötən iki ilin bəşəriyyət üçün ağrılı sınaq dövrü olduğunu bildirib.
Dövlət başçısı koronavirusa qarşı mübarizədən insanlığın üzüqara çıxdığını bəyan edib.
Onun sözlərinə görə, vaksin milliyyətçiliyi heç kimə fayda verməyəcək. Məhz bu səbəbdən bir çox ölkələrdən fərqli olaraq, Türkiyə yerli COVID peyvəndi “Turkovac”ı bütün bəşəriyyətin istifadəsinə verəcək.
Ərdoğan həmçinin qlobal iqlim dəyişikliklərindən də bəhs edib. O bu dəyişikliklərə səbəb olan ölkələrin fəlakətli prosesləri önləmək üçün daha çox səy göstərməli olduğunu vurğulayıb.