Bakı 13˚C Mostly cloudy

Ərdoğan Yunanıstana xəbərdarlıq edib

Siyasət 17:11 03 sen, 2022
Ərdoğan Yunanıstana xəbərdarlıq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana xəbərdarlıq edib.

Qazet.az xəbər verir ki, bu barədə dövlət başçısı Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest Karadeniz” Aerokosmik və Texnologiya Festivalında danışıb.

“Ey yunan, tarixə bax, tarixə qayıt, çox irəli getsən, bədəli ağır olacaq. Yunanıstana bir cümləmiz var: İzmiri unutma! Vaxtı-saatı gələndə lazım olanı edəcəyik. Bir gecə ansızın gələ bilərik”, - Türkiyə lideri vurğulayıb.