Bakı 22˚C Intermittent clouds

Ərdoğana sərt cavab verməyə cəsarəti çatmadı: Müzakirə təklif etdi

Gündəm 11:57 26 may, 2022

Rəcəb Tayyib Ərdoğan Miçotakisin ikiüzlü siyasət yürütdüyünü, onunla bir daha ünsiyyət qurmayacağını ifadə edib

Ərdoğana sərt cavab verməyə cəsarəti çatmadı:<span style="color:red"> Müzakirə təklif etdi</span>

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə cavab verib.

Qazet.az xəbər verir ki, Baş nazir Türkiyə ilə dialoqu davam etdirmək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, Yunanıstan əlaqəni kəsən tərəf olmayacaq. “Türkiyə ilə qonşu ölkələrik. Ona görə müzakirə əlaqələrini açıq saxlayacağıq”- deyə o bildirib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Miçotakisin ikiüzlü siyasət yürütdüyünü, onunla bir daha ünsiyyət qurmayacağını ifadə edib:

“Yunanıstanda 10-a yaxın hərbi baza var. Bu bazalarla Yunanıstan kimi təhdid edir? Bu bazalar Yunanıstanda niyə var? Özü ( Red: Miçotakis - Yunanıstanın baş naziri) ilə görüşdük. Aramıza 3-cü ölkənin girməməsi barədə razılığa gəldik. Buna baxmayaraq ABŞ-da Senatoda çıxışında Türkiyənin əleyhinə nə lazımdırsa dedi. Türkiyəyə F-16-ları verməyin deyə xəbərdarlıqlar etdi. Artıq mənim üçün Miçotakis deyə birisi yoxdur. Çünki biz sözünə əməl edən onurlu şəxsiyyətlərlə yola çıxarıq”.