Ərdoğandan mesaj: Hədəfimiz 75 milyard dollar!
Gündəm
16:35 18 dek, 2021
Türkiyənin Afrika qitəsi ilə 5,4 milyard dollarlıq ixrac həcmi bu gün 23 milyard dolları keçib

Türkiyə ilə Afrika ölkələri arasında əlaqələr 16 il ərzində geniş şəkildə inkişaf edib.
Qazet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyənin Afrika qitəsi ilə 5,4 milyard dollarlıq ixrac həcmi bu gün 23 milyard dolları keçib:
“Bu ilin 11 ayına görə qitə ilə ticarət əlaqəsi 30 milyard dollara çatıb. Bundan başqa, cari ilin 1 yanvarında qüvvəyə minən anlaşmanı da yaxından izləyirik. Afrika qitəsi ilə ikitərəfli ticarət əlaqələrimizi əvvəlcə 50 milyard dollara, daha sonra isə 75 milyard dollara çatdıracağımıza inanıram”.