Ərdoğandan təcili toplantı: Minumum əməkhaqqı artırılır
Türkiyədə minumum əməkhaqqı ilə bağlı görüləcək olan işlər bu gün müzakirə ediləcək
Türkiyə Prezident Kabineti iki həftəlik aradan sonra bu gün Rəcəb Tayyib Ərdoğanın rəhbərliyilə Beştəpədə minumum əməkhaqqının artırılması ilə bağlı toplanacaq.
Qazet.az xəbər verir ki, hazırda Türkiyədə minumum əməkhaqqı ölkə məzənnəsilə 4 min 203 lirə 56 kuruşdur(640 AZN).
Mühüm mövzuların yer alacağı toplantıda terrorla mübarizəylə yanaşı, minumum əməkhaqqı ilə bağlı görüləcək işlər də müzakirə ediləcək.
Gələn ayın əvvəlində minimum əməkhaqqının artırılması və işəgötürənin üzərinə düşən gəlir vergisi yükünün azaldılması kimi alternativlər düşünülür.
Qeyd edək ki, Türkiyədə minumum əməkhaqqının artırılması müzakirəsi lirənin intesiv düşməsindən sonra ortaya çıxıb. Son məzənnəyə əsasən lirənin bir dollar qarşısındakı qiyməti 11.038 lirə təşkil edir.