Ərdoğanın Baydenlə görüşünün vaxtı AÇIQLANDI
Gündəm
11:11 29 iyn, 2022
Görüşün bir saat davam edəcəyi gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Bayden arasında görüşün vaxtı açıqlanıb.
Qazet.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO sammiti çərçivəsində baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:45-də baş tutacaq.
Görüşün bir saat davam edəcəyi gözlənilir.
Tərəflərin mövzuları arasında ikitərəfli əlaqələr və “F-16” məsələsi olacaq.