Bakı 19˚C Sunny

Ərdoğanın rəhbərliyi ilə KRİTİK TOPLANTI: hansı məsələlər müzakirə olunacaq?

Gündəm 11:49 20 dek, 2021

Mərkəzi Bankın dollar qiymətlərinə birbaşa müdaxilələri və nəticələri müzakirə olunacaq

Ərdoğanın rəhbərliyi ilə KRİTİK TOPLANTI: <span style="color:red">hansı məsələlər müzakirə olunacaq?</span>

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün Türkiyə Nazirlər Kabinetinin toplantısı keçiriləcək.

Qazet.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.

Bildirilib ki, kritik toplantıda son dövrlər valyuta məzənnələrində baş verən dəyişikliklər və bunun iqtisadiyyata təsirinin qiymətləndiriləcəyi gözlənilir. Mərkəzi Bankın dollar qiymətlərinə birbaşa müdaxilələri və nəticələri müzakirə olunacaq.

Dollar, Avro və qızıl qiymətlərindəki dalğalanmalardan istifadə edən hədsiz qiymət artımları və səhmdarlar da Nazirlər kabinetinin iclasında müzakirə mövsusu olacaq.(publika.az)