Bakı 8˚C Intermittent clouds

Ərdoğanın sözçüsü: “Azərbaycanla birlikdə TANAP üzərində davam etdiririk”

Gündəm 23:18 03 yan, 2023
Ərdoğanın sözçüsü: “Azərbaycanla birlikdə TANAP üzərində davam etdiririk”

“Türkiyə Azərbaycanla birlikdə TANAP-ı qurdu. Həm Azərbaycan tərəfi, həm də biz işimizi davam etdiririk”.

Qazet.az xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

“TANAP-ın tutumu ikiqat artacaq. Müharibə (Rusiya-Ukrayna müharibəsi-red) bitəndə bu infrastruktur sərmayələri bizə qayıdacaq”, - Kalın qeyd edib.

“Ən əsası isə Qara dənizdə özümüzün təbii qazımızı tapdıq. Bəlkə də Aralıq dənizində tapacağıq. Oradakı ehtiyat Türkiyəni enerji bazarında çox fərqli bir nöqtəyə aparacaq”, - Ərdoğanın sözçüsü əlavə edib.