Ərdoğanla Putin arasında görüş başlayıb
Siyasət
16:45 29 sen, 2021
Prezidentlər Suriya, İraq, Əfqanıstan və Cənub Qafqazdakı vəziyyəti müzakirə edirlər

Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında təkbətək görüş başlayıb.
Qazet.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Dövlət başçıları Suriya, İraq, Əfqanıstan və Cənub Qafqazdakı vəziyyəti müzakirə edirlər.
Qeyd edək ki, R.T.Ərdoğan Rusiyada işgüzar səfərdədir.