Bakı 30˚C Sunny

Ərdoğanla Putin “taxıl məsələsini” müzakirə etdi

Gündəm 20:07 11 iyl, 2022

Liderlər Suriyadakı vəziyyəti, Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılmasnı müzakirə edib.

Ərdoğanla Putin “taxıl məsələsini” müzakirə etdi

Qara dəniz bölgəsində taxıl ixracı üçün təhlükəsiz dəhliz planı üzərində hərəkət etməyin vaxtıdır.

Türkiyənin Anadolu Agentliyi xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.

Telefon danışığı zamanı Suriyadakı vəziyyət, Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması müzakirə edilib.

Suriyada transsərhəd mexanizminin genişləndirilməsinə önəm verdiyini vurğulayan Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlər yaratmaq planı ilə bağlı hərəkətə keçməyin vaxtının çatdığını bildirib.

Ukrayna ilə Rusiya arasındakı müharibənin davamlı və ədalətli sülhlə, danışıqlar yolu ilə sona çatması lazım olduğunu təkrarlayan prezident Ərdoğan Türkiyə olaraq danışıqlar prosesinin canlandırılmasına hər cür töhfə verməyə hazır olduqlarını bildirib.